Xüsusiyyətlər
| Model | Kindle Colorsoft, 16 GB |
|---|---|
| Ekran | 7″ rəngli E-ink: ağ-qara mətn 300 ppi, rəngli təsvirlər 150 ppi, parıltısız |
| İşıq | Ön işıq, tənzimlənən isti işıq |
| Yaddaş | 16 GB |
| Su keçirməzlik | IPX8 |
| Batareya | 8 həftəyə qədər |
| Şarj | USB-C |
| Əlaqə | Wi-Fi; Bluetooth (Audible səsli kitablar üçün) |
| Formatlar | EPUB və AZW3 (ən rahatı), KFX, MOBI, TXT, DOCX; PDF də açılır |
| Rəng | Qara |
| Uyğun üzlük | Hazırda Colorsoft üçün üzlük yoxdur. |
Kimə uyğundur?
- Komiks, manqa və şəkilli uşaq kitabları oxuyanlara
- Kitabda rəngli qeyd və vurğu edənlərə
- Jurnal, səyahət bələdçisi, yemək kitabları üçün
- Yalnız mətn oxuyursunuzsa: Paperwhite 12 daha ucuzdur və batareyası uzundur
- Böyük PDF və dərsliklər: Kindle Scribe kimi böyük ekran daha uyğundur
- Ən aşağı büdcə: Kindle Basic 11
Kindle modellərinin müqayisəsi
| Kindle Basic 11 (2024) | Paperwhite 11 (2021) | Paperwhite 12 (2024) | Colorsoft | |
|---|---|---|---|---|
| Ekran | 6″, 300 ppi | 6.8″, 300 ppi | 7″, 300 ppi | 7″, rəngli |
| Rəngli ekran | — | — | — | ✓ |
| İsti işıq | — | ✓ | ✓ | ✓ |
| Su keçirməz | — | IPX8 | IPX8 | IPX8 |
| Batareya | 6 həftəyə qədər | 10 həftəyə qədər | 12 həftəyə qədər | 8 həftəyə qədər |
| Qiymət | 224,99 ₼ | 289,99 ₼ | 389,99 ₼ | 499,99 ₼ |
Qısaca: Colorsoft rəng lazım olanlar üçündür. Mətn üçün ağ-qara Paperwhite eyni dərəcədə yaxşıdır, daha ucuzdur və batareyası daha uzun çatır. Bütün modellər: Kindle qiymətləri · Kindle qiymətləri 2026 bələdçisi.
Qutuda nə var?
Kindle cihazı və USB-C kabeli. Şarj adapteri qutuya daxil deyil — istənilən USB telefon adapteri ilə şarj olunur.
İlk addımlar
Cihazı Wi-Fi-a qoşun və Amazon hesabınızla daxil olun (hesab pulsuzdur). Kitabları Amazon Kindle mağazasından ala, ya da öz EPUB fayllarınızı “Send to Kindle” ilə göndərə bilərsiniz. Quraşdırmada çətinlik olsa, WhatsApp-da yazın — pulsuz kömək edirik.
Tez-tez verilən suallar
Kindle Colorsoft-un qiyməti neçəyədir?
Keys.az-da Kindle Colorsoft 16 GB 499,99 ₼-dır və stokdadır.
Rəngli ekran gözü yorurmu?
Xeyr. Colorsoft da kağız kimi görünən parıltısız E-ink ekrandır, planşet və telefon ekranı kimi işıq saçmır.
Kindle-da Azərbaycan dilində kitab oxumaq olurmu?
Bəli. Azərbaycan dilində kitabları “Send to Kindle” ilə cihaza göndərmək olar, hərflər düzgün göstərilir. Ən rahatı EPUB və AZW3 formatlarıdır: mətn ekrana uyğunlaşır, şrifti böyütmək olur. PDF səhifəsi isə sabit ölçüdədir və kiçik ekranda xırda görünür — PDF kitablar və dərsliklər üçün böyük ekranlı Kindle Scribe daha uyğundur. Cihazın menyusunda Azərbaycan dili yoxdur, ingilis və ya rus dilini seçmək olar. Addım-addım: Kindle-a kitab necə yüklənir.
Colorsoft ilə Paperwhite arasında fərq nədir?
Əsas fərq rəngli ekrandır. Paperwhite ağ-qaradır, daha ucuzdur və batareyası daha uzun çatır; hər ikisində isti işıq və IPX8 su keçirməzlik var.
Cihaz orijinaldırmı, zəmanət varmı?
Cihaz orijinal Amazon məhsuludur və yeni, bağlı qutuda təhvil verilir. Keys.az ayrıca zəmanət vermir; qutusu açılmamış məhsulu 14 gün ərzində qaytarmaq olar — qaytarma qaydaları.
Çatdırılma necə olur?
Bakı daxilində eyni gün və ya növbəti gün çatdırırıq. Bölgələrə poçt, rayon taksisi və ya digər üsullarla göndəririk, müddət üsuldan asılıdır. Çatdırılma haqqı məsafəyə görə dəyişə bilər (məsələn, Bolt Delivery ilə ünvana çatdırılmada). Ödəniş məhsulu alanda edilir.






















Rəylər
Hələ ki, rəy yoxdur.