Xüsusiyyətlər
| Uyğun model | Kindle Basic, 10-cu nəsil (2019) |
|---|---|
| Model kodu | J9G29R |
| Uyğun deyil | 11-ci nəsil Basic və Paperwhite |
| Maqnit funksiyası | Açanda oyanır, bağlayanda yatır — batareyaya qənaət |
| Növ | Sadə |
| Material | Süni dəri və parça qarışığı |
| Rəng və dizayn | 7 variant: Qara, Tünd göy, The Starry Night, Eiffel, Fil, Time, Mandala |
| Qiymət | 20–25 ₼ |
| Düymə və portlar | Bütün düymə və portlara açıq çıxış |
Üzlük sizin Kindle-a uyğundurmu?
Kindle üzlükləri modelə görə fərqlənir: ölçü, düymə və port yerləri hər nəsildə başqadır. Modelinizi Kindle-da Settings → Device Options → Device Info bölməsində görə bilərsiniz. Ətraflı: Kindle modelini necə müəyyən etmək. Əmin deyilsinizsə, cihazın şəklini WhatsApp-da göndərin, uyğun üzlüyü biz seçək.
Digər modellər üçün üzlüklər: bütün Kindle üzlükləri.
Tez-tez verilən suallar
Kindle Basic 10 üçün üzlük hansı Kindle-a uyğundur?
Yalnız Kindle Basic, 10-cu nəsil (2019) (model kodu J9G29R). 11-ci nəsil Basic və Paperwhite üçün uyğun deyil.
Maqnitli üzlük nə edir?
Qapağı açanda Kindle avtomatik oyanır, bağlayanda yuxu rejiminə keçir. Bu, batareyaya qənaət edir.
Üzlük uyğun gəlməsə nə edim?
Qutusu açılmamış üzlüyü 14 gün ərzində qaytara bilərsiniz — qaytarma qaydaları. Sifarişdən əvvəl əmin deyilsinizsə, cihazın şəklini WhatsApp-da göndərin.
Çatdırılma necə olur?
Bakı daxilində eyni gün və ya növbəti gün çatdırırıq. Bölgələrə poçt, rayon taksisi və ya digər üsullarla göndəririk, müddət üsuldan asılıdır. Çatdırılma haqqı məsafəyə görə dəyişə bilər (məsələn, Bolt Delivery ilə ünvana çatdırılmada). Ödəniş məhsulu alanda edilir.
























Rəylər
Hələ ki, rəy yoxdur.